11 aylıq körpə yol qəzasında öldü

HADİSƏ
19:51
5 Mart 2020
33

Saatlı rayonunda 11 aylıq körpənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, rayon sakini Ceyhun Şəmmədovun idarə etdiyi “Juqili” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində avtomobildə anasının qucağında olan 11 aylıq Uğur Şəmmədov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti