Özünü Kürə atan şəxs xilas edildi
09:28
9 Aprel 2021
62Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfər özünü suya atıb.
Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN ) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Daha çox