Baş prokuror itkin düşən hərbçilərlə bağlı işi nəzarətə götürdü

GÜNDƏM
17:12
8 Aprel 2021
60

Baş Prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşən 25 hərbçinin ailə üzvləri ilə görüşüb.

Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, görüş zamanı itkin düşən hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib və qeydiyyata alınıb.

Məlumata görə, itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Xəbər lenti