Türkiyə millisi Bakıda bu formalarla çıxış edəcək - Foto

İDMAN
19:05
5 Mart 2020
86

Futbol üzrə Türkiyə milli komandasının Avro-2020-də geyinəcəyi formaların şəkilləri yayılıb.

Sabah.az “Haber Türk”ə istinadən xəbər verir ki, yığma turnirdə ağ və qırmızı rənglərdə olan formalardan istifadə edəcək. Yeni formaların  millinin yarımfinala qədər yüksəldiyi Avro-2008-də geyindiyi formalara bənzədiyi vurğulanıb.

Xatırladaq ki, Türkiyə milli komandası Avro-2020-nin iki qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. İlk oyun iyunun 17-si Uels, növbəti matç isə iyunun 21-də İsveçrəyə qarşı olacaq.

Xəbər lenti