Müharibədən sonra 20 nəfər minaya düşərək ölüb, 65-i ağır yaralanıb
"Münaqişə bitəndən bəri 9-u mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həyatını itirib".
Sabah.az xəbər verir ki, bunu BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 8-i mülki şəxs olmaqla, 65 vətəndaş ağır yaralanıb:
“Mina qurbanı olan 20 insanın həyatı xilas edilə bilərdi. Ermənistan bunu etmədi. Ermənistanın insan həyatına bais olan minaları basdırması müharibə cinayətidir".
Daha çox