Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verdi

XƏBƏR
17:13
7 Aprel 2021
57

Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Sabah.az xəbər verir ki, başsağlığında deyilir:

“Qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin Konya şəhərində qəzaya uğraması nəticəsində pilotun həlak olması xəbəri məni çox kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Şəhid hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Qeyd edək ki, Türkiyədə “Türk Ulduzları”na məxsus NF-5 tipli təyyarənin qəzaya düşməsi nəticəsində pilot şəhid olub.

Xəbər lenti