İcbari tibbi sığorta haqqını ödəməyənlər məsuliyyətə cəlb oluna bilər

ÖLKƏ
15:18
7 Aprel 2021
53

İcbari tibbi sığorta haqlarını ödəməkdən yayınmaya görə cinayət məsuliyyəti müəyyənləşir.

Sabah.az xəbər verir ki, bu barədə Cinayət Məcəlləsinin 213-cü maddəsinə dəyişikliklər edilməsi təklif edilir. Belə ki, xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, sözügedən layihəyə təklif edilən dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.