“Porsche”lə piyadanı vurub öldürdü

HADİSƏ
12:30
7 Aprel 2021
95

Bakıda yol qəzası olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, aprelin 6-da saat 17 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini T.Hüseynli idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Qarayevi vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti