Fatma Hüseynovanın evindən oğurluq edildi

XƏBƏR
12:19
7 Aprel 2021
67

Sabirabadda sosialist əməyi qəhrəmanı Fatma Hüseynovanın evindən oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, Sabirabad rayon sakini Fatma Hüseynova polisə müraciət edərək mart ayı ərzində onun evindən 28 min manat civarında pulun oğurlandığını bildirib.

Oğurluq əməlini törətməkdə şübhəli bilinın Sabirabad rayon sakini, əvvəllər məhum edilmiş Elşən Umudov saxlanılıb. Dindirilmə zamanı E.Umudov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti