Yas mərasimi keçirənlər cərimələndi

XƏBƏR
11:27
7 Aprel 2021
41

Hacıqabul rayonunun Axtaçı Şirvan kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

Xəbər lenti