ÜST-ün Baş direktoru İlham Əliyevə təşəkkür etdi

ÖLKƏ
10:24
7 Aprel 2021
56

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Sabah.az xəbər verir ki, bu barədə T.A.Qebreyesus tvitter hesabında yazıb.

"BMT-nin İnsan Hüquqları Şurasında ədalətli, əlverişli, vaxtında və universal şəkildə COVID-19 peyvəndlərinə çıxışın əldə olunması ilə bağlı çağırışdakı liderliyinizə görə Prezident Əliyev, Sizə təşəkkür edirəm. Razıyam ki, biz vaksinlərin ədalətli paylanmasını təmin etmək üçün daha çox iş görməliyik. Peyvənd və  sağlamlıq təminatı üçün birlikdə!" - deyə ÜST-ün Baş direktoru qeyd edib.

Xəbər lenti