Oyuncaq tapançalı “polis” tutuldu - Foto

HADİSƏ
15:32
6 Aprel 2021
94

Lənkəran rayonunun Göyşaban kənd sakini Elsevər Cəfərzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə rayon ərazisində saxlanılaraq Lənkəran polis bölməsinə gətirilib. 

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun əynində arxa hissəsinə iri şriftlərlə “Polis” sözü yazılmış gödəkçə, sifətində üzərində “polis” sözü yazılmış qoruyucu maska, kəmərində antenalı olmaqla xüsusi vasitə olan əl radiostansiyasını xatırladan mobil telefon aşkarlanıb. İdarə etdiyi avtomovildən isə polis əməkdaşının fərqlənmə nişanı olan şevronlar, polis baş serjantı paqonları, bir ədəd qara kaburun içində oyuncaq tapança və 1 ədəd qara rəngli maska aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti