Daha bir şəhidimiz dəfn edildi - Fotolar

XƏBƏR
11:59
6 Aprel 2021
191

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən hərbi qulluqçusu Cəfərov Təbriz İlqar oğlu dəfn edilib.

Sabah.az "Report"a istinadən xəbər verir ki, şəhid bu gün Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Cəfərov Təbriz İlqar oğlu 1995-ci ilin iyulun 14-də anadan olub. O, 2014-2016-cı illərdə həqiqi hərbi xidmət keçib. 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi başlayan zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. O, müharibənin şiddətli vaxtı Suqovuşan ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Cəfərov Təbriz 44 günlük müharibə zamanı Suqovuşan ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.

Xəbər lenti