Ərdoğan Azərbaycanla bağlı daha bir sazişi təsdiqlədi

XƏBƏR
09:32
6 Aprel 2021
64

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.

Sabah.az xəbər verir ki, bununla bağlı qərar ölkənin “Resmi Gazete”sində dərc olunub.

Saziş imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” 2017-ci ilin oktyabrın 31-də Bakıda imzalanıb.

Xəbər lenti