Ötən il bu nazirlik və dövlət qurumları büdcəyə vəsait qaytarıb

İQTİSADİYYAT
14:34
5 Aprel 2021
91

Hesablama Palatası tərəfindən ötən il dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarının büdcəsinə və qurumların hesabına bərpa edilən vəsaitlərin həcmini açıqlayıb.

Sabah.az xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilib. Qeyd edilir ki, hesabat ilində əvvəlki illərdə başa çatmış auditlər üzrə həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Təhsil Nazirliyi tərəfindən 379,6 min manat, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən 795,5 min manat, AMEA tərəfindən 13,9 min manat, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 7,0 min manat, bank kredit, valyuta əməliyyatları və dövlət borcu ilə bağlı audit üzrə isə 480,5 min manat, DSMF-in Gəncə şəhəri Kəpəz və Nizami, həmçinin Abşeron və Salyan rayon şöbələri tərəfindən 13,1 min manat vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib.

Əlavə olaraq qeyd edək ki, BNA tərəfindən 128,9 min manat və AMEA tərəfindən 355,1 min manat məbləğində debitor borc bağlanılıb.

Xəbər lenti