Qızına xınayaxdı mərasimi keçirdiyi aşkarlandı
Lənkəran rayonunda xınayaxdı mərasimi keçirənlər cərimələnib.
Sabah.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Lənkəran rayonunun Xarxatan kənd sakini M.Dadaşovun karantin rejiminin qaydalarını pozaraq qızına xınayaxdı məclisi təşkil etdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçılarına bir daha karantin rejiminin qaydaları izah olunub, 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülüb.
Daha çox