Daha bir toy dayandırıldı, 5 nəfər cərimələndi - Foto

XƏBƏR
17:58
3 Aprel 2021
242

Gədəbəydə toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

Sabah.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Hacıələkbərli kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 5 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Xəbər lenti