Hospitallarda müalicə olunan qazilərin sayı açıqlandı
Hazırda Vətən müharibəsində yaralanan hərbçilərimizdən 59-nun müalicəsi hospitallarda davam etdirilir.
Sabah.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev deyib.
O bildirib ki, yaralı qazilər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və Bilgəhdəki hospitalda müalicə alırlar.
Daha çox