Ağcabədi sakini Xocavəndə silah-sursat aşkarladı - Foto

ÖLKƏ
13:40
3 Aprel 2021
49

Ağcabədidə silah-sursat götürülüb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi rayon sakini Hüseyn Əliyev işğaldan azad edilən Xocavənd rayonu ərazisində olarkən 1 pulemyot, 98 pulemyot gülləsi, 2 qumbaraatan, 13 qumbaraatan mərmisi, 1 əl qumbarası, 7 ədəd müxtəlif mərmi tapıb.

Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində həmin şəxs tapdığı silah-sursatları RPŞ-yə təhvil verib.

Xəbər lenti