Qubadlıya keçmək istəyənlər saxlanıldı

ÖLKƏ
12:22
3 Aprel 2021
47

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı Qubadlı rayon sakinləri Vəli Məmmədov, Allahverdi Mustafayev və Tofiq Əsgərov rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. 

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, onlar rayonun işğaldan azad edilib, lakin minalardan tam təmizlənməmiş ərazilərinə keçərək özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyduqlarına görə tutulublar.

Həmin şəxslər saxlanıldıqdan sonra barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti