Azərbaycanla Türkiyə arasında rəqəmsal ticarətə dair sənəd imzalandı
Bu gün Bakıda Azərbaycan-Türkiyə işgüzar görüşü keçirilib.
Sabah.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz tvitter hesabında bildirib.
Onun sözlərinə görə, Türkiyənin ticarət naziri Ruhsar Pekcan və hər iki ölkənin sahibkarlıq təşkilatlarının iştirakı ilə əməkdaşlığın inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Daha sonra Azərbaycanla Türkiyə arasında rəqəmsal ticarət haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənəd ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə, mal və xidmətlərin müasir vasitələrlə ticarətinə və ölkələrdə rəqəmsallaşma prosesinin inkişafına təkan verəcək.
Daha çox