“Müdafiə naziri arada hospitala gedib orada müalicə olunsun”
“Tez-tez qazilərin ciddi və haqlı şikayətlərini eşidirik”.
Sabah.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, Müdafiə Nazirliyinin hospitalının işi ürəkaçan deyil:
“Qazilərə deyirlər ki, dərmanları özünüz alın. Hansı pulla alsın? Bəzi qazilərimizin hələ əlillik dərəcəsi də təyin olunmayıb. Hələ bir çoxu ordudan tərxis olunmayıb. Əlilliyin təyin olunmasında da qazilər çətinliklə üzləşir. Elə bilirlər bu əsgərlərə yenidən göz çıxacaq, ayağı uzanacaq?
Müdafiə Nazirliyinə ən çox maliyyə ayrılır. Könüllü ianələr də olunur. Niyə Müdafiə Nazirliyinin hospitalı qazilərlə ciddi məşğul olmur? O boyda hospital tikilib.
Niyə bu cür hospitalda müalicə əvəzinə qazilərimizi xaricə göndərirlər? Deməli, orada həkim korpusunu gücləndirmək lazımdır. Müdafiə nazirindən xahiş edirəm ki, arada hospitala gedib orada müalicə olunsun”.
Daha çox