Ağdama keçmək istəyən şəxs saxlanıldı

XƏBƏR
11:30
2 Aprel 2021
38

Ağdamda işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Ələmdar Şükürov Qərvənd kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Həmin şəxs saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib, müvafiq araşdırmalarla onun barəsində protokol tərtib edilib.

Xəbər lenti