Deputat 5 manatlığın yeni dizaynından narazıdır
Deputat Məlahət İbrahimqızı 5 manatlıq yeni əsginazlarda bəzi qədim simvollarının çıxarılmasına etiraz edib.
Sabah.az xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib ki, köhnə 5 manatlıqlarda qədim simvollarımızın əksəriyyəti var idi: “Bu da Azərbaycan xalqının qədim köklərə malik olduğunu göstərirdi. Ancaq yeni 5 manatlıqlarda demək olar ki, bu rəmzlər çıxarılıb.
Yalnız Azərbaycanın dövlət himni qalıb. Bu da Azərbaycan ictimaiyyətində narahatlıq yaradır. Ən azı Azıx mağarasının orada əksini tapması yaxşı olardı”.
Daha çox