Mikayıl Cabbarov peyvənd olundu
11:09
2 Aprel 2021
64İqtisadiyyat naziri Mikayıl Cabbarov koronovirus əleyhinə peyvənd olunub.
Sabah.az xəbər verir ki, o, bu barədə tvitter hesabında yazıb.
“Mən də peyvənd olunmuşam və hər kəsə bu prosesə qoşulmağı tövsiyyə edirəm. Peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir”, - deyə nazir qeyd edib.
Daha çox