BŞİH qadınların yürüşüylə bağlı müraciətə cavab verdi

XƏBƏR
15:51
5 Mart 2020
105

Bakı Şəhər icra Hakimiyyəti “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə bir neçə aktivist qadının yürüş keçirməsi barədə müraciətinə cavab verib.

Sabah.az xəbər verir ki, təşkilatçılara bildirilib ki, onların yürüş keçirmək istədiyi Nizami küçəsi (Tarqovıy) əhalinin sıx hərəkət etdiyi, orada çoxlu iaşə, ticarət, xidmət və əyləncə obyektlərinin olduğunu nəzərə alaraq yürüş keçirilməsi təhlükəsizlik baxımından məqsədəmüvafiq deyil. BŞİH qadınlara Lökbatan qəsəbəsində yerləşən “Neftçi İdman Klubu”nun təlim bazasının yanından 20 Yanvar küçəsi boyunca hərəkət edərək yürüş etməyi təklif edib.

Xəbər lenti