Pula toxunmaqla koronavirusa yoluxma ehtimalı varmı?

XƏBƏR
15:13
5 Mart 2020
72

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nağd ödənişlə bağlı tövsiyəsi Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri sırasına daxil edilməyib.

Sabah.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva pul vasitəsilə koronavirusa yoluxmanın mümkünlüyünə aydınlıq gətirərkən deyib.

O qeyd edib ki, nəinki kağız pullarda, ümumiyyətlə, hansı obyekt daha çox insan əlinə dəyirsə, bu halda mikrobioloji çirklənmə baş verir:

"Biz dəfələrlə demişik ki,  koronavirusun yeni növü ətraf mühitdə çox davamlı deyil və əşyaların üzərindəki canlılığını itirir. Ümumiyyətlə, istər pul, istərsə də digər əşyalara toxunduqdan sonra əlləri təmiz yumaq lazımdır".

Baş infeksionist Cəlal İsayev isə vurğulayıb ki, indiyədək pulun heç bir infeksiya mənbəyi kimi rolu olmayıb: “Bu sıraya mobil telefon və s. də aiddir. Pul vasitəsilə koronavirusa yoluxma ehtimalı yoxdur”.

Xəbər lenti