Ərdoğan Şuşaya səfər edəcək

GÜNDƏM
16:27
31 Mart 2021
84

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər edəcək.

Sabah.az xəbər verir ki, bu barədə o, Türk Şurasının Zirvə toplantısında danışıb.

"Əziz qardaşım cənab İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağdakı qələbələri münasibətilə bir daha təbrik edirəm. 44 gün davam edən əfsanəvi mübarizə sonrasında 30 illik işğal sona çatıb. Asan deyil. Dağlıq Qarabağ bölgəsində 67 məsciddən 63-ü dağıdılıb, kilsələr viran qoyulub. Bu gün 1918-ci ildə azərbaycanlı qardaşlarımızın məruz qaldıqları qətliamın anım günüdür. Biz heç bir zaman Xocalı qətliamını kənara qoya bilmərik. Qarabağdakı türk mirasının qorunması üçün bütün imkanlarla Azərbaycanın yanında olmağa davam etməyimiz böyük önəm daşıyır. İstəyimiz odur ki, ən qısa zamanda Ramazan bayramından sonra Şuşanı ziyarət etməklə yeni bir bayram yaşayaq", - deyə Ərdoğan qeyd edib.

Xəbər lenti