Evdə yığıncaq edənlər məsuliyyətə cəlb olundu

HADİSƏ
12:04
31 Mart 2021
64

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər zamanı Əliabad qəsəbəsindəki fərdi yaşayış evində yığıncaq təşkil olunduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polislər tərəfindən həmin ünvana baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkarlanıb.

Məclisi təşkil edən 5 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Xəbər lenti