Satıcının əl-ayağını bağlayıb oğurluq etdilər

ÖLKƏ
12:40
30 Mart 2021
32

Sumqayıt şəhəri ərazisindəki mağazaların birində satıcıya qarşı zor tətbiq edilib.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, hadisə martın 28-də qeydə alınıb.

Novruz qəsəbəsi ərazisindəki mağazaların birində satıcı X.Hüseynovu bıçaqla hədələyib, əl-ayağını iplə bağlayaraq kassadan 1070 manat pul, 6000 manat dəyərində tütün məmulatı, spirtli və sərinləşdirici içkiləri oğurlayıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - M.Abdullayev və C.Bayramzadə saxlanılıblar.

Xəbər lenti