Müştərilərə qəlyan təklif edən icarədar həbs edildi - Video
Sumqayıtda müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb.
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərində yerləşən “Breeze” çay evində qəlyandan istifadə edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Həmin ünvana baxış keçirilib və obyektin icarədarı Vüsal Mədətov polislər tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmə tərəfindən V.Mədətov barəsində 10 sutka inzibati qaydada həbs qərarı verilib.
Çay evində qəlyandan istifadə edən 5 nəfər müştəri isə ümumilikdə 1 400 manat cərimə olunublar.
Daha çox