Sülhməramlılar Kəlbəcərə 80 ton humanitar yük çatdırıb - Fotolar

XƏBƏR
11:57
30 Mart 2021
61

Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 15 yük avtomobilindən ibarət 80 ton humanitar yardım yükün çatdırıb.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə 15 hərbi avtomobildən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin sayca 11-ci karvanı 80 ton yükü Xankəndi-Suqovuşan-Kəlbəcər marşrutu ilə (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) Kəlbəcər rayonuna çatdırıb.

Nazirlik indiyədək 1 600 ton yükün tranzitinin təşkil edildiyini açıqlayıb.

Qeyd olunub ki, yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib.

Xəbər lenti