Gecə 1-də çay evinə gedənlər cərimələndi - Foto

XƏBƏR
10:58
30 Mart 2021
39

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan çay evi aşkar edilib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı Xırdalan şəhərində vətəndaş Elcan Qurbanovun işlətdiyi "Baron" çay evinin gecə saat 01:00 radələrində müəyyən edilən qaydalara zidd olaraq müştəriləri qəbul etdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən obyektin sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Xəbər lenti