Bu istiqamətlərdə sıxlıq var, avtobuslar gecikir - Fotolar

XƏBƏR
09:19
30 Mart 2021
50

Hazırda Bakının Qara Qarayev prospektinin metronun “Koroğlu” stansiyası istiqamətində, "20 Yanvar dairəsi"nin Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospektinin şəhər istiqamətində, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətində, Babək prospektinin mərkəz istiqamətində, Sabunçu-şəhər yolunun mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.

Xəbər lenti