Sabah hava necə olacaq?

XƏBƏR
13:40
5 Mart 2020
20

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 martda gözlənilən hava şəraitini açıqlayıb.

Milli Hidrometeorologiya Departamentindən Sabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında

Martın 6-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 6-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti