“Xəzər Lənkəran”ın stadionundan 33 minlik oğurluq etdi

ÖLKƏ
13:32
29 Mart 2021
76

“Xəzər Lənkəran” futbol klubunun stadionundan külli miqdarda oğurluq edilib.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisindəki stadiondan dəyəri 33500 manat olan kabelləri oğurlanıb.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən rayonun Sütəmurdov  kənd sakini, əvvəllər məhkum olunmuş A.Şərifli saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın narkotik vasitə heroin aşkarlanıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda əlavə olaraq 2 evdən, 3 həyətdən, 1 təmir sexindən və qəbiristanlıqdan metal borular, velosiped, su nasosları, təmir alətləri və digər əşyalar oğurlaması da müəyyən edilib.

Xəbər lenti