Dayer azarkeşlərdən biri ilə dava etdi - Video

İDMAN
13:05
5 Mart 2020
102

"Tottenhem" oyunçusu Erik Dayer "Norviç" qarşılaşmasından sonra tribunaya qalxaraq azarkeşlə dava edib.

Sabah.az xəbər verir ki, Erik Dayerin oynunu zəif qiymətləndirən tamaşaçılardan biri onu təhqir etməyə başlayıb. Bu zaman onunla Dayerin qardaşı arasında dava düşüb. Nəticədə oyun bitər-bitməz Dayer qardaşı ilə dava edən həmin şəxsə müdaxilə etmək üçün tribunaya qaçıb.

Baş məşqçi Joze Mourinyo baş verənləri təsdiqləyib və klubun bu səbəbdən Dayeri cəzalandırmayacağını bildirib.

Xəbər lenti