Evində qohumuna toy edən şəxs cərimələndi - Foto

XƏBƏR
10:50
29 Mart 2021
67

Tərtərdə toy məclisi təşkil edən şəxs cərimələnib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Səhləbad kənd sakini Təhmasib Həsənəliyev yaşadığı evin həyətində qonaqların iştirakı ilə öz qohumuna toy məclisi təşkil etdiyi müəyyən edilib.

T.Həsənəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.

Xəbər lenti