İstanbulda dünyasını dəyişən Nihad Əliyevin ailəsi açıqlama yaydı
Türkiyənin İstanbul şəhərində dünyasını dəyişən Azərbaycan vətəndaşı, iş adamı Nihad Əliyevin ailəsi açıqlama yayıb.
Sabah.az xəbər verir ki, açıqlamada mərhumun ailə üzvləri baş verən hadisə ilə bağlı onların kədərini bölüşən hər kəsə təşəkkürünü bildirib:
"Bildiyiniz kimi, ailəmizin üzvü Nihad Əliyev vaxtsız dünyasını dəyişib. Bununla bağlı kədərimizi bölüşən hər bir kəsə təşəkkür edirik. Bildirmək istəyirik ki, sosial şəbəkələrdə və bəzi mətbu qurumlarda yayılmış, guya mərhuma aid olduğu iddia olunan videolarda yer alan şəxslərin Nihad Əliyevə heç bir aidiyyəti yoxdur.
Bəzi düzgün olmayan məlumat və görüntülərin yayılmasında heç bir qərəz olmadığına inanır, bunun sadəcə yanlışlıqla tirajlandığını düşünürük. Bununla belə, kədərimizi nəzərə alaraq, sosial şəbəkə istifadəçiləri və mətbuat nümayəndələrini həssas olmağa, bu məsələ ilə bağlı dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırırıq".
Mərhumun ailə üzvləri sosial şəbəkə və bəzi mətbu orqanlarda yayılmış yanlış görüntülərin düzəldilməsi üçün Nihad Əliyevin fotosunu mətbuata təqdim edib.
Daha çox