Ölkədə neçə nəfər peyvənd vurdurub?

ÖLKƏ
18:05
27 Mart 2021
63

Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, dünən Azərbaycanda koronavirusa qarşı 24 min 446 nəfər vaksinasiya olunub.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 518 min 879 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.

Xəbər lenti