12 yaşlı yeniyetmə intihar etdi
16:45
27 Mart 2021
305Ucar rayonunda 12 yaşlı uşaq intihar edib.
Sabah.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Küçəkənd kəndində qeydə alınıb.
Belə ki, 12 yaşlı kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Fakt araşdırılır.
Daha çox