“Hyundai”la 2 piyadanı vurdu, biri öldü
14:37
27 Mart 2021
80Dünən Şahbuz rayonunun Daylaqlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabah.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Babək rayon sakini Ü.Bağırov idarə etdiyi “Hyundai” markalı avtomobillə Şahbuz şəhər sakini E.Salmanzadəni və Daylaqlı kənd sakini S.Bəşirlini vurub.
Nəticədə, E.Salmanzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada xəstəxanaya yerləşdirilib.
Şahbuz Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.
Daha çox