Hərbçilərin ərzaqlarının Ukraynada satılmasına dair xəbərə DSX-dan - Reaksiya
 
                 11:32
11:32 27 Mart 2021
27 Mart 2021 155
15526 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət konservlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləşdirilib.
Sabah.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən verilən məlumatda bildirilib ki, bu materiallar həqiqətəuyğun deyil və qərəzli xarakter daşıyır.
Bildirilib ki, Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanunvericiliyinə əsasən dövlət satınalma prosedurlarına uyğun həyata keçirilir.
Daha çox