Bakıda Belarus vətəndaşı arvadını öldürdü
Bakıda Belarus vətəndaşı Rusiya vətəndaşı olan arvadını öldürüb.
Sabah.az xəbər verir ki, Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, martın 4-də saat 20:00 radələrində Belarus vətəndaşı, 1963-cü il təvəllüdlü Sahib Babayev Nizami rayonu ərazisində faktiki nikah münasibətində olduğu, Rusiya vətəndaşı, 1985-ci il təvəllüdlü Elnara Ağarzayevanın boğaz nahiyəsindən kəsici-deşici alətlə ağır xəsarət yetirərək öldürüb.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə zəruri ekspertizalar təyin olunub. S.Babayev şübhəli şəxs qismində istintaqa cəlb olunub.
Daha çox