Daha bir tədris müəssisəsi koronavirusa görə bağlandı

XƏBƏR
17:14
26 Mart 2021
125

Bakıda daha bir tədris müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçib.

Sabah.az xəbər verir ki, COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Bakıdakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı orta məktəblər) əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib.

Martın 29-dan dərslər distant şəkildə təşkil ediləcək.

Xəbər lenti