Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşü keçiriləcək

XƏBƏR
12:58
26 Mart 2021
45

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında görüş keçiriləcək.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, görüş aprelin 2-də keçiriləcək Müstəqil Dövlətlər Birliyi xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutacaq.

Zaxarova Rusiya xarici işlər nazirinin MDB XİN rəhbərlərinin iclası çərçivəsində azərbaycanlı və erməni həmkarları ilə arasında danışıqların baş tutacağını qeyd edib.

Xəbər lenti