Karantin qaydalarını pozan 10 nəfər cərimələndi
Lənkəranda karantin qaydalarını pozan 5 obyekt aşkarlanıb.
Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən 1 çay evində karantin rejim qaydalarına zidd olaraq qəlyan xidmətinin göstərildiyi, 4 “Playstation” oyun zalında isə tibbi maska ilə bağlı tələblərin pozulduğu aşkar edilib.
Həmin obyektlərlə bağlı 10 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.
Daha çox