Ərəblər Qaxda nadir Qafqaz durnasını ovladı - Video

ÖLKƏ
16:50
25 Mart 2021
170

Ərəblər Qax Dövlət Təbiət Yasaqlığında nadir Qafqaz durnasını ovlayıblar.

Sabah.az xəbər verir ki, “Ecofront” səhifəsi ərəb turistlərin qanunsuz ovu ilə bağlı görüntülər yayıb.

Bildirilir ki, çoxalan populyasiyanın sayı təbiətdə 200-250 cütdən ibarətdir. Bundan başqa, onlar dünən gecə ovlanması qadağan olunan qaraqarın bağrıqara, bəzgək kimi quşları da ovlayıblar.

Xatırladaq ki, bir neçə gün əvvəl də sözügedən səhifədə ərəb turistlərin Qax rayonunun Acınohur ərazisində dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etməsi ilə bağlı görüntülər yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin görüntülərlə bağlı verilən açıqlamada göyərçinlərlə rəhmsiz rəftara görə xarici turistlərin cərimələndiyi qeyd olunub.

Xəbər lenti