“Orduda xaos hökm sürür” - Erməni deputat
Ermənistan Milli Məclisinin deputatı Qevork Qorqisyan orduda total xaos hökm sürdüyünü bildirib.
Sabah.az xəbər verir ki, o bu barədə parlamentdə suallar və cavablar sessiyasında müdafiə nazirinə müraciət edərkən deyib.
"Cəbhə xəttimiz lazımi səviyyədə təchiz olunmayıb, vəzifə şərtləri yersizdir. Hərbçiləri A nöqtəsindən B nöqtəsinə apara bilməzsiniz. Hərbi döyüş vəzifəsindən, döyüş mövqelərindən canlı yayıma çıxırlar. Çovğun zamanı itkin düşürlər" - deyə deputat qeyd edib.
"İnsanlara maaş verilmir. Bu xaos nə vaxta qədər davam edəcək, cənab nazir? Siz nə edirsiniz ki, orduda belə vəziyyət yaranıb?" - Qorqisyan nazirə müraciət edib.
Lakin Qorqisyanın sualı cavabsız qalıb, vitse-spiker Alen Simonyan ona sualları yazılı formada təqdim etməyi məsləhət görüb.
Daha çox