Şəhid övladı atası ilə eyni gündə dünyaya gəldi - Foto
Daha bir Vətən müharibəsi şəhidimizin övladı olub.
Sabah.az-ın məlumatına görə, ötən gün şəhid Nadirli Nadir Arzu oğlunun qızı dünyaya gəlib. Körpəyə Nadya adı verilib.
Qeyd edək ki, Füzuli uğrunda gedən döyüşlərdə canından keçən şəhid N.Nadirli 1993-ü ilin mart ayının 23-də doğulub. Onun qızı atası ilə eyni gündə dünyaya göz açıb.
Nadir Nadirli ölümündən sonra Prezidentin sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Daha çox